18 oktyabr 2017 20:59
415

İspaniya mətbuatı: Bakının mərkəzi hissəsi avanqard üslubda binalar və dəbdəbəli mehmanxanalarla zəngindir

UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində oynanılacaq “Qarabağ”-“Atletiko Madrid” görüşü ərəfəsində İspaniyanın ABC.es portalında Bakı ilə bağlı məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi Karlos Karabias Bakının varlı və dəbdəbəli şəhər olduğunu vurğulayıb. O, Heydər Əliyev Beynəlxalq Aeroportuna, Bakının mərkəzindəki memarlıq nümunələrinə, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionuna heyranlığını ifadə edib.

Yazıda qeyd olunub ki, Azərbaycan ümumi daxili məhsulun artım sürətinə görə dünyada liderlərdəndir. Bakıda işsizliyin səviyyəsi olduqca aşağıdır.

Bakı Olimpiya Stadionunun 2019-cu ildə UEFA Avropa Liqasının final qarşılaşmasına ev sahibliyi edəcəyi, eləcə də Azərbaycan paytaxtında Formula-1 Qran-Prisinin keçirildiyi məqalədə xüsusi vurğulanıb.