"Qəbələ", yoxsa "Neftçi"? – Dabo seçimini etdi

14 iyun 2018 20:19
2321

Mövsümün sonunda “Qəbələ” ilə müqaviləsi başa çatan Baqali Dabo əyalət təmsilçisindən ayrılmayacaq.

Klubdan Qol.az-a verilən məlumata görə, fransalı forvard yeni mövsümdə də “qırmızı-qaralar”ın formasını geyinəcək. 30 yaşlı futbolçu ilə bir müddətdir davam edən danışıqlar uğurlu alınıb. Hazırda istirahətdə olan Dabo ölkəmizə qayıtdıqdan sonra 1 illik yeni müqaviləyə imza atacaq.

Qeyd edək ki, təcrübəli hücumçu “Neftçi”dən də təklif almışdı. Buna baxmayaraq, o, sonda “Qəbələ”də qalmağı üstün tutub.