10 iyul 2018 18:12
1260

Fransada qorxulu virus aşkar olundu - Usutu

Fransada ilk dəfə "Usutu" virusu ilə yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, 30 yaşlı şəxs üz sinirinin zədəsi ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, "Usutu" virusu ilk dəfə 1959-cu ildə Afrikada heyvanlar üzərində aşkar edilib. Bu virus insana xəstə quşlardan ağcaqanad vasitəsilə keçir və sinir sistemini zədələyir.

Bu günə kimi virusun insandan insana keçməsi müəyyən olunmayıb.