10 iyul 2018 18:30
1825

Bu il 137 modul tipli məktəb və 5 xəstəxana istifadəyə veriləcək

Sosial infrastrukturla bağlı bütün işlər plan üzrə gedir.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Prezident çıxışında bu il 137 modul tipli məktəbin istifadəyə verilməli olduğunu, eləcə də Bakı şəhərində 12 məktəbin əsaslı təmir ediləcəyini söyləyib.

Dövlət başçısı qeyd edib ki, bölgələrdə 6 xəstəxana istifadəyə verilməlidir: “Onlardan biri Naftalan şəhərində mənim iştirakımla açıldı və beş şəhərdə - Qazax, Qobustan, Şəmkir, Quba, Goranboy şəhərlərində xəstəxanalar bu ilin sonuna qədər, ya da uzaqbaşı gələn ilin əvvəlində istifadəyə veriləcək”.

Həmçinin vurğulanıb ki, bu il dörd min məcburi köçkün ailəsi yeni evlərlə təmin edilməlidir. Artıq Qobuda özəl sektor tərəfindən mindən çox ailə üçün böyük şəhərcik salınıb.