13 iyul 2018 22:31
1879

Prezident İlham Əliyev Sudeif İmamverdiyevi "Şərəf" ordeni ilə təltif edib

Prezident İlham Əliyev Sudeif İmamverdiyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında tibb elminin inkişafında böyük xidmətlərinə görə Sudeif Bəşir oğlu İmamverdiyev “Şərəf” ordeni ilə təltif edilsin.