17 iyul 2018 16:17
932

İranda 4,9 bal gücündə zəlzələ olub

İranın şimal-şərqində 4,9 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 03:58-də qeydə alınan zəlzələnin episentri Bocnurd şəhərindən 38 kilometr cənub-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.