17 iyul 2018 16:26
1090

Gədəbəydə 20 yaşlı qız 17 yaşlı qardaşını qətlə yetirib

Gədəbəy rayonunda 17 yaşlı qardaşını bıçaqlayaraq qətlə yetirən 20 yaşlı qız saxlanılıb.

"Report"un Qərb bürosu xəbər verir ki, rayonun Slavyanka kənd sakini, 1998-ci il təvəllüdlü Sevinc Sübhan qızı Alıyeva qardaşı 2001-ci il təvəllüdlü Samir Sübhan oğlu Alıyevi bıçaqlayaraq öldürməkdə şübhəli bilinərək Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Qeyd edək ki, S.Alıyevanın valideynləri hadisənin ehtiyyatsızlıqdan baş verdiyini bildiriblər. 

Faktla bağlı araşdırmalar davam etdirilir.