17 iyul 2018 17:59
1115

ARDNF-in aktivlərinin 76,4 faizi istiqrazlar və pul bazarı alətləridir

Cari il iyunun 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 76,4 faizi istiqrazlar və pul bazarı alətləri, 14,1 faizi səhmlər, 6 faizi daşınmaz əmlak və 3,5 faizi isə qızıl təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft Fondunun 2018-ci ilin ikinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında deyilir.