17 iyul 2018 20:04
1478

“Gazprom” gələn il “Kharasaveyskoye” yatağının genişmiqyaslı işlənməsinə başlayacaq

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti “Kharasaveyskoye” yatağını inkişaf etdirməyə hazırlaşır.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Gazprom” 2019-cu ildə “Kharasaveyskoye” genişmiqyaslı işlənməsinə başlayacaq.

“Bovanenkovskoye” yatağının şimalındakı “Kharasaveyskoye” təxminən 2 trilyon kubmetr qaz ehtiyatına malikdir. Bölgənin 2023-cü il üçün illik istehsal gücünün 32 milyard kubmetr olacağı gözlənilir.

“Kharasaveyskoye” yatağının inkişafından əvvəl hərtərəfli qaz artırma çəni, gücləndirici kompressor stansiyası qurulacaq, eləcə də bəzi digər infrastruktur işləri aparılacaq. Bundan əlavə, “Kharasaveyskoye”dən “Bovanenkovskoye”dək 100 kilometrlik qaz boru kəməri çəkiləcək. İnşaat müddətində əraziyə 1,5 milyon tondan çox avadanlıq və materiallar çatdırılacaq.