17 iyul 2018 21:56
1527

Rusiya-Azərbaycan İşgüzar Şurasına yeni rəhbər seçildi

"R-Farm" Şirkətlər Qrupunun Direktorlar Şurasının sədri Aleksey Repik Rusiya-Azərbaycan İşgüzar Şurasının yeni rəhbəri seçilib.

Trend-in məlumatına görə, onun namizədliyini Rusiya Ticarət Sənaye Palatasının prezidenti Sergey Katırin palata yanında Rusiya-Azərbaycan İşgüzar Şurasının içlasında irəli sürüb.

Qeyd edək ki, A.Repik bu vəzifədə Pyotr Fradkovu əvəz edib.