18 iyul 2018 16:28
1170

Tacikistan Prezidenti Azərbaycana səfər edəcək

Tacikistan Prezidenti Emomali Rahmon bu ilin avqustunda Azərbaycana səfər edəcək.

Bu barədə Trend Tacikistan mətbuatına istinadən məlumat verir.

Hökumətdəki mənbə bildirib ki, cari ilin avqustunda Tacikistan Prezidentinin Azərbaycan, Özbəkistan və Türkmənistana səfərləri planlaşdırılır.

Azərbaycana səfərin yekunu üzrə iki dövlət arasında yeni saziş və müqavilələr zərfinin imzalanması gözlənilir.