18 iyul 2018 16:55
1101

KİVDF-yə indiyədək 35 milyon manat ayrılıb

Bu günə qədər Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 35 milyon manat ayrılıb.

Trend-in məlumatına görə, bunu Fondun rəhbəri Vüqar Səfərli bildirib.

V.Səfərli qeyd edib ki, həmin vəsait hesabına mətbuat orqanları inkişaf etdirilib, redaksiyalar yüksək texnologiyalarla təmin olunub:

"Bu gün artıq demək olar ki, hər bir jurnalistin şəxsi noutbuku var. Halbuki vaxtilə redaksiyalarda kompüter çatışmazlığı var idi. Avadanlıqlar istifadəyə yarasız idi".