18 iyul 2018 19:35
1183

Səfir: "Ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 2,5 dəfə artıb"

"Ötən il ərzində Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 2,5 dəfə artıb".

"Report" xəbər verir ki, bunu "Kiyev İnformator" radiosunun efirində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.

Onun sözlərinə görə, iki ölkənin bu göstəricini 1 milyard dollar və daha yüksək səviyyəyə çıxarmaq üçün potensialı var.

Səfir həmçinin qeyd edib ki, Azərbaycan Ukraynada humanitar kampaniyalar keçirməyə davam edir, o cümlədən Lvovda Oftalmologiya Mərkəzi təmir və avadanlıqla təchiz edilib.