18 iyul 2018 20:49
1184

Liviya: “Sharara” yatağında neft hasilatı sutkada 125 min barrel azalıb

Liviyadakı “Sharara” yatağında üç stansiyanın bağlanması nəticəsində neft hasilatı gündəlik 125 min barrel azalıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, buna səbəb kimi “Sharara” neft yatağında çalışan “Acacus” şirkətinin 4 işçisinin qaçırılmasıdır. Bundan başqa, Liviyadakı “Zawiya” neft emalı zavodunun limanından xam neft ixracı da dayandırılıb.