18 iyul 2018 20:51
1429

“Shell” İndoneziyaya LNG idxal etmək istəyir

Enerji nəhəngi “Shell” İndoneziyaya mayeləşdirilmiş təbii qaz (LNG) idxal etmək üçün İndoneziya hökuməti ilə danışıqlar aparıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Shell” və tərəfdaş şirkəti İndoneziyaya LNG idxal etmək niyyətindədir.

İndoneziyanın Enerji və Mineral Resurslar Nazirliyinin neft-qaz üzrə baş direktoru Djoko Siswanto jurnalistlərə bildirib ki, “Shell” İndoneziyaya neft və qazın idxalını təklif edib, lakin bu təklif hələ qəbul edilməyib.

O bildirib ki, “Shell” və tərəfdaşı İndoneziyada LNG terminalı qurmaq üçün adı açıqlanmayan bir şirkətlə razılığa gəlib: “Lakin “Shell” tərəfindən LNG idxalı yerli mayeləşdirilmiş təbii qaz istehsalçılarının alıcı tapmalarına maneə törətməməlidir”.