18 iyul 2018 20:54
1232

Cəlilabadda 7 yaşlı oğlanı maşın vurub

Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, minik avtomobili şəhər sakini, 2011-ci il təvəllüdlü Quliyev Həsən Cavid oğlunu vurub. Yaralı xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.