20 iyul 2018 04:30
1439

Azərbaycan Prezidenti Borina Andriye ilə görüşüb

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru xanim Borina Andriye ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru Borina Andriye Bakının gözəlliyinin onda dərin təəssürat yaratdığını vurğuladı, şəhərin infrastrukturunun təkmilləşdirilməsini, yeni binaların, parkların tikilməsini yüksək qiymətləndirdi.

Söhbət zamanı Bakının inkişaf konsepsiyasının həyata keçirilməsində bu şirkətin iştirakının mümkünlüyü barədə fikir mübadiləsi aparıldı.