20 iyul 2018 16:56
984

Prezident İlham Əliyevin “CIFAL” qrupunun prezidenti ilə görüşü olub

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Parisdə “CIFAL” qrupunun prezidenti Jil Remi ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan-Fransa işgüzar dairələrinin əməkdaşlığı, birgə layihələrin icrası, investisiya qoyuluşu məsələləri və digər sahələrdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.