Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində iyulun 25-dən 27-nə kimi elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranacaq.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fasilələr “Azərenerji” ASC-yə məxsus 110 kilovoltluq 1-ci Xırdalan hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar olacaq.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.