25 iyul 2018 16:52
558

Baş Dövlət Texniki Nəzarət Xidmətinin Aparatı Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılan qurumların siyahısına əlavə edilib

Azərbaycanda Baş Dövlət Texniki Nəzarət Xidmətinin Aparatı Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılan qurumların siyahısına əlavə edilib.

Trend-in məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edilib.

Bu dəyişikliklərə əsasən, “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”na Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin Aparatı adlı qurum da əlavə edilib.

Qeyd edək ki, buna qədər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Aparatı, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Aparatı, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti Aparatı və Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Aparatı fəaliyyət göstərirdi.