06 avqust 2018 14:27
2119

Formula-1 Azərbaycan Qran Prisi ilin ən yaxşı mərhələsi seçilib

Formula-1 Azərbaycan Qran Prisi bu ilin ən yaxşı mərhələsi hesab olunub.

AZƏRTAC qurumun rəsmi Twitter hesabına istinadla xəbər verir ki, bu, Formula-1 “Twitter” səhifəsində keçirilmiş sorğu nəticəsində məlum olub.

Sorğuda iştirak edənlərin 62 faizi Azərbaycan Qran Prisini ən yaxşı mərhələ hesab edib. İkinci yeri 38 faiz səslə Böyük Britaniya Qran Prisi tutub.

Qeyd edək ki, 27-29 aprel 2018-ci il tarixlərində keçirilmiş Azərbaycan Qran Prisinin qalibi “Mercedes”in britaniyalı pilotu Lyuis Hemilton olub.