11 sentyabr 2018 21:41
2476

Kimi Raykkonen “Ferrari” ilə yollarını ayıracağını açıqlayıb

“Formula1” piloti Kimi Raykkonen mövsümün sonunda İtaliyanın “Ferrari” komandası ilə yollarını ayıracaq.

“Report” xəbər verir ki, bu barədə finlandiyalı pilot rəsmi "Instagram hesabı vasitəsilə açıqlamasında bildirib.

38 yaşlı Raykkonen növbəti 2 mövsümü debüt etdiyi “Sauber” komandasında keçirəcəyini açıqlayıb: “Görün, kim geri qayıdıb?! Növbəti 2 mövsümdə “Sauber” komandasında olacağam. Hər şeyin başladığı yerə geri dönmək mənim üçün çox xoşdur”.

Qeyd edək ki, Kimi Raykkonen 2007-ci ildən “Ferrari”də çıxış edir. O, cari mövsümdə geridə qalan 14 mərhələdən sonra 164 xalla 3-cü pillədə qərarlaşıb. Hesabında 256 xal olan “Mercedes”in pilotu Lüis Hemilton ilk, Sebastyan Fettel isə 226 xalla 2-c yerdədir.