13 sentyabr 2018 18:20
2126

"Ferrari"dən ayrılacaq Raykkonen yeni komandasını açıqladı

2018-ci ilin sonunda "Ferrari"dən ayrılacaq Kimi Raykkonenin yeni komandası müəyyənləşib.

Milli.Az xəbər verir ki, finlandiyalı pilot növbəti ildən etibarən "Sober"in şərəfini qoruyacaq. Bu barədə 32 yaşlı idmançı öz "instagram" profilində məlumat verib:

"Təxmin edin, kim geri dönür? Növbəti 2 ildə "Sober"də olacağam. Hər şeyin başladığı yerə dönmək çox yaxşı hiss etdirir".

"Sober" komandası da məsələ ilə bağlı rəsmi açıqlama yayıb və növbəti 2 ildə Kimi Raykkonenlə yarışacaqlarını təsdiqləyiblər.