14 sentyabr 2018 23:56
7779

İnsan ürəyi haqqında nələri bilmirik?

-Orta yaşlı insanın ürəyi bir dəqiqədə təxminən 72 dəfə, gün ərzində 100 000 dəfə, il ərzində 3 600 000 dəfə, bütün ömrü boyu isə 2,5 milyard dəfə vurur.

-Orta müddətli bir insan həyatı üçün ürək tərəfindən pompalanan qanın miqdarı 45 il mətbəxt kranından axan təzyiqli suya bərabərdir.

-Ürək tərəfindən vurulan qanın həcmi geniş diapazonda dəqiqədə 5 litrdən 30 litrə qədər dəyişir.

-Hər gün ürək 32 km sürətlə səyahət etmək üçün kifayət qədər enerji istehsal edir. Bu, Aya gedib, geri dönmək ekvivalentinə bərabərdir.

-Ürək özü elektrik impulsu istehsal etdiyi üçün, bədəndən ayrılanda belə,  yetərli qədər oksigen aldığı müddətdə döyünməyə davam edəcək.

-Ana bətnində olan dölün ürəyi böyük insanlara nisbətən iki dəfə çox döyünür, təxminən dəqiqədə 140 dəfə. Bununla yanaşı, 12 həftəyə çatmış dölün ürəyi  gün ərzində artıq  28 litr qan dövr etdirir.

-Ürək orqanizmin təxminən 75 trilyon hüceyrəsini qanla təmin edir. Qan təzyiqi yalnız gözün buynuz qişasında olmur.

-Orta ömür müddəti boyunca ürək təxminən 5,7 milyon litr qan dövr etdirir.

-Qanın 5 % i ehtiyyat şəklində ürəkdə  yerləşir, 15 - 20% i beynə  və mərkəzi sinir sisteminə daxil olur, 22% isə böyrəklərə gedir.

-Ürək qapaqları açılıb-bağlanan zaman ürək döyüntüsü eşidilir.

-Ürək, embrion yaranandan dörd həftə sonra döyünməyə başlayır və  insan ölənə qədər davam edir.

-Yeni doğulmuş körpənin qan dövranı zamanı dövr edən qan təxminən bir fincan suya bərabərdir.

-Qədim misirlilər ürək və digər əsas orqanların bədənin içində öz  iradəsi ilə hərəkət edə biləcəyinə inanırdılar.

-Platon hesab edirdi ki, fikir beyində doğulur, ehtiras isə ürəkdə. Birbaşa orqanalara istinad edilirdi.

-Kokain ürəyin elektrik aktivliyinə təsir edir və arteriyaların spazmına səbəb olur. Bu, hətta sağlam insanlarda infarkta və ya insulta səbəb ola bilər.

-Qadın ürəyi kişi ürəyinə nisbətən daha tez döyünür. Kişilərdə  dəqiqədə 70 dəfə döyünürsə, qadınlarda bu döyüntü 78 - ə bərabərdir.

-İnsan sakit vəziyyətdə olanda, qan 6 saniyə müddətində ürəkdən ağ ciyərə daxil olur və qayıdır, cəmi 8 saniyə vaxt lazım olur ki, beyinə daxil olub qayıtsın və 16 saniyə bəs edir ki, barmaqların ucuna qədər çatıb qayıtsın.

-Fransız həkim Rene Laennec (1781 - 1826)  qadınlarda ürək döyüntülərinə qulaq asmaqda çətinlik çəkdiyini  görəndən sonra  “steteskopu” kəşf edib.

-Ürəyin nasos kimi çalışdığını  ilk dəfə yunanıstanlı həkim Erasistratus (bizim eradan əvvəl 304 - 250 ) ehtimal etmişdi.

-Qalen əminliklə bildirmişdir ki, qanı ürək özü istehsal edir. Lakin 1616 - cı ildə Uilyam Harvinin qan dövranı sistemi haqqında kəşfi göstərdi ki, orqanizm müəyyən həcmli qan kəmiyyətinə sahibdir və o, bir dairədə dövr eləyir.

Könül Əliyeva, “İki sahil”