17 sentyabr 2018 16:04
1465

NATO baş katibi Rusiyanı təhdid etdi

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın kiber hücumlarına qarşı təhdid mesajı verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, baş katib bu vəziyyətdə alyansın müdaxilə edə biləcəyinə diqqət çəkib.

Stoltenberq kiber hücumlara qarşılıq olaraq təşkilatın nizamnaməsinin beşinci maddəsini istifadə edə biləcəyini bildirib.

Bu maddə isə alyansın ölkələrindən birinin hücuma məruz qalmasına kollektiv cavab verilməsini nəzərdə tutur. Bura həmçinin silahlı müdaxilə də daxildir.