17 sentyabr 2018 19:57
1602

Keçən həftənin şıq geyinən ulduzları

Moda dünyası üçün keçən həftə Nyu-York moda həftəsinin baş tutması ilə əlamətdar oldu. Eyni zamanda dünya şou-biznesinin tanınmış simalarının iştirak etdiyi müxtəlif tədbirlər həyata keçirildi.

Publika.az xəbər verir ki, Rihanna, İrina Şeyk, Cici Hadid, Kira Naytli, Rozi-Uaytli Hantinqton, Viktoriya Bekhem, Selena Qomez, Amber Herd, Şanina Şayk, Penelopa Kruz, və Kayli Gerber həftənin ən dəbli geyinən məşhurları seçilib. Onların hər biri önəmli tədbirlər üçün lüks markalardan dəbdəbəli libaslar seçərək gecələrdə göz qamaşdırıblar.

Xüsusilə uzun müddət ekranlarda görünməyən aktrisa Eva Mendesin dama-dama kostyumu xanımların üçün əsl dəb nümunəsi olub. O, bu dəstini qalın kəmərlə tamamlayaraq yaddaqalan şıq yaradıb.

Modapərəst oxucular üçün ötən həftə ulduzların ən yadda qalan libaslarını seçmişik.