17 sentyabr 2018 23:53
1890

Cey Lo ideal bədəninin sirrini açdı

Müğənni Cennifer Lopez İnstaqram səhifəsində yeni fotolarını paylaşıb.

Milli.Az xəbər verir ki, 49 yaşlı ifaçı narıncı rəngli bikinidə çəkilmiş şəkillərini izləyiciləri ilə bölüşüb.

Ley Lo yaşına rəğmən həmişə formada qalması ilə sevənlərini bu dəfə də heyran edib. O, ideal bədənə həftədə 3-5 dəfə idmana getməklə nail olduğunu qeyd edib.

Cenniferin fotoları qısa zamanda minlərlə bəyənmə və şərh toplayıb.