18 sentyabr 2018 18:39
1538

Səkkiz ayda tütün və içki istehsalı artıb

Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə bu ilin eyni aylarında tütün məmulatlarının istehsalında 2,6 dəfə, içki istehsalında 9,3 faiz artım, qida məhsullarının istehsalında isə 1 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu sahələrin əsas məhsullarından brendi (konyak) istehsalı 4,4 dəfə, üzüm şərabının istehsalı 33,8 faiz, alkoqolsuz içkilərin istehsalı 19,8 faiz artıb.

Bununla yanaşı, cem və marmeladların istehsalı 0,7 faiz, kolbasa məmulatlarının istehsalı 1,4 faiz, duru bitki yağlarının istehsalı 8,1 faiz, qənd və şəkər tozu istehsalı isə 35,7 faiz azalıb.