18 sentyabr 2018 20:03
1512

Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb

Avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 49,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, əmanətlərin 62,3 faizi xarici, 37,7 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 dəfə artıb, xarici valyutada əmanətlər 0,5 faiz azalıb.