18 sentyabr 2018 20:47
1858

Çinin Tiencin şəhərində ənənəvi “Yay Davosu” işə başlayıb

Çin Xalq Respublikasının Tiencin şəhərində Dünya İqtisadi Forumunun illik Asiya sammiti işə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Yay Davosu” adlandırılan sammitdə 110 ölkədən 2000-ə yaxın nümayəndə, o cümlədən hökumət rəsmiləri, regional təşkilatların və iri şirkətlərin rəhbərləri, vətəndaş cəmiyyətinin təmsilçiləri, iş adamları iştirak edirlər.

Sentyabrın 20-dək davam edəcək iclasın gedişində dünyanı əhatə edən aktual mövzular diqqət mərkəzində olacaq.

Azərbaycanı “Yay Davosu”nda xarici işlər naziri Elmar Məmmədyarovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.