18 sentyabr 2018 23:57
1812

Güclü yağışlar Gürcüstanın bölgələrinə ciddi ziyan vurub

Gürcüstanda yağan güclü leysan yağışlar və dolu ölkənin bəzi bölgələrinə ciddi ziyan vurub.

Turistlərin ən çox üz tutduqları Quriya regionunda 100-ə qədər şəxsi evə ziyan dəyib, 20-dən çox körpü dağılıb, sel suları fındıq bağlarında məhsulu məhv edib.

Lançxutti rayonunun bütün kəndlərində daxili yollar dağılıb. Rayon ərazisində bir neçə yerdə torpaq sürüşməsi baş verib.

Bu regiona dəymiş ziyanın həcmi 2 milyon GEL (766 min ABŞ dolları) məbləğində qiymətləndirilib.