19 sentyabr 2018 14:54
1489

DİN: Borclu qismində axtarışda olan 19 nəfər saxlanılıb

Sentyabr ayının 18-dən 19-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 98 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.