19 sentyabr 2018 14:56
1796

Gürcüstanda polisə rüşvət təklif edən Ermənistan vətəndaşı tutulub

Ermənistan vətəndaşı Gürcüstanda polisə rüşvət verərkən tutulub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, kimliyi açıqlanmayan şəxsi Gürcüstan Daxili İşlər Nazirliyinin Mtcxet-Mtianet bölgəsi Polis İdarəsinin patrul heyəti saxlayıb.

Məlumata görə, polis paturlu Nadibaani kəndində yol hərkəti qaydasını pozan avtomobili dayandırıb. Məlum olub ki, sürücü 1955-ci il təvəllüdlü Ermənistan vətəndaşıdır. Polis əməkdaşları ona qaydanı pozduğunun bildiriblər. Ermənistan vətəndaşı isə onlara 10 lari (4 dollara yaxın) rüşvət təklif edib. 

İndi həmin sürücü polis əməkdaşlarına rüşvət təklif etməkdə ittiham olunur. Ermənistan vətəndaşı bu əməlinə görə 3 min lari (1950 dollar) məbləğində cərimələnib, təklif etdiyi 10 lari isə müsadirə edilib.

Cəriməni ödədikdən sonra Ermənistan vətəndaşı sərbəst buraxılıb.