19 sentyabr 2018 14:59
2039

Sabah Aşuradır

Sabah, sentyabrın 20-də Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunacaq.

"Report" xəbər verir ki, hər il olduğu kimi bu il də Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək.

24 rayonda (28 yerdə) nəzərdə tutulan qanvermə aksiyasının 20-si məscidlərdə, 8-i isə Mərkəzi Xəstəxana şəraitində olacaq.

Aksiyalar səhər 9:00-dan başlanacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Məlumat üçün bildirək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.

İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur.

Xatırladaq ki, Miladi təqvimi ilə sentyabrın 11-i Məhərrəm ayı başlayıb. Oktyabrın 11-də başlayacaq Səfər ayı Miladi təqvimi ilə noyabrın 8-də başa çatacaq. 

Qanvermə aksiyalarının keçiriləcəyini ünvanlar aşağıdakı kimidir:

Şəhər, rayon 2018-ci il təklif olunan yerlərin sayı Qanvermə aksiyasının keçirilməsi üçün təklif olunan yerlər Ünvan
1. Binəqədi 1 -İmam Əli məscidi 6-cı Mik.Rayon M.Məmmədxan k.3215-ci məhəllə
2. Xəzər 2 -14saylı Birləşmiş şəhər xəstəxanası,- Mir Möhsün ağa ziyarətgahı - Buzovna qəs. R. Axundov küçəsi 2- Şüvəlan qəs. A. ildırım küçəsi 1
3. Nəsimi 2 - Əjdərbəy məscidi (Mərasim zalı)- 20 saylı şəhər paliklinikası - S. Vurğun küçəsi 78- 3-cü mikrorayon, Cavadxan küçəsi 22.
4. Nizami 1 - Şah Abbas məscidi - Keşlə qəs. M. Hilal küçəsi 18
5. Sabunçu 1 - Rəhimə xanım ziyarətgahı - Nardaran qəs. M. F. Axundzadə küç.107
6. Səbail 2 - Bibiheybət məscid ziyarətgahı.- İçəri şəhər Cümə məscidi - Bibiheybət yolu 2- İçəri şəhər, Asəf Zeynallı küçəsi 49
7. Suraxanı 1 - Qaraçuxur məscidi - Qaraçuxur qəs. Ə. Mehbalıyev keç. 58
8. Yasamal 2 - Təzəpir məscidi- Hacı Soltanəli məscidi - M. F. Axundov 7- S. Əskərov küç. 75
9. Gəncə 1 - İmamzadə kompleksi - Atabəylər prospekti 230
10. Lənkəran 1 - Böyük bazar məscidi - Hacılar küçəsi 1
11. Mingəçevir 1 - Heydər məscidi - Aydın Məmmədov 53
12. Sumqayıt 1 - Sumqayıt şəhər Cümə məscidi - Sahil küçəsi 5
13. Şəki 1 - İmam Əli məscidi - Şəki ş. Pişəvəri küç. 4
14. Şirvan 1 - Mərkəzi Qan bankının Şirvan bölməsi Heydər Əliyevprospekti 16
15. Ağcabədi 1 - Ağcabədi ray. Mərkəzi xəstəxanası - Hüsü Hacıyev küç. 104
16. Ağsu 1 - Ağsu ray. Mərkəzi xəstəxanası - M. Rəsulzadə küç. 172
17. Beyləqan 1 - Beyləqan ray. Mərkəzi xəstəxanası - Sevil Qazıyeva küç 21
18. Bərdə 1 - Bərdə İmamzadə - Nüşabə küç. 34
19. Biləsuvar 1 - Biləsuvar ş. Cümə məscidi - Nizami küç. 55 a
20. Cəlilabad 1 - Cəliabad ray. Mərkəzi xəstəxanası - Mehdi Hüseynzadə küç. 82
21. Göyçay 1 - Əbülfəzlil – Abbas məscidi - N. Nərimanov küç. 70
22. Xaçmaz 1 - Xaçmaz şəhər məscidi - 20 yanvar 34
23. Quba 1 - Mərkəzi qan bankının Quba bölməsi - Fətəli xan küç. 10 c
24. Masallı 1 - Masallı şəh. Cümə məscidi - Fizuli küç. 1