19 sentyabr 2018 15:06
1855

Morqda dirilən adam: Üstümə yorğan örtün...

Polşanın Semyanovis-Slenske şəhərində qeyri-adi hadisə baş verib.

Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, 31 yaşlı Kşiktofa Novanka adlı şəxsi şənlikdən çıxıb evə gedərkən yolda huşunu itirib.

Təcili yardım həkimləri xəstənin öldüyünü güman edərək onu morqa aparıblar. 31 yaşlı kişi morqun soyuq havasında özünə gəlib və ayılıb.

Xəstəxana mühafizəçilərinin verdiyi məlumata görə, morqdan əvvəlcə qəribə səslər gəlməyə başlayıb. Daha sonra bir kişinin dirilib üşüdüyü və ona yorğan verilməsini tələb etdiyi məlum olub.

Həkimlər Novankanı bir müddət xəstəxanada saxlamaq istəsələr də, o, “yenidən doğuluşunu” qeyd etməyə yollanıb.