19 sentyabr 2018 15:49
1796

Filippində həlak olanların sayı 74-ə çatıb

Filippində “Manqxut” tufanı nəticəsində həlak olanların sayı 74-ə çatıb.

AZƏRTAC Filippin milli polis idarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, tufan nəticəsində həlak olanların sayı 74 nəfərə çatıb. Ən çox həlak olanlar Kordilyer inzibati regionunda qeydə alınıb.

Polisin məlumatına əsasən, hazırda 55 nəfər itkin düşmüş hesab edilir ki, bunlardan da 52-si ən çox zərər dəymiş Kordilyer inzibati regionundadır. Bununla yanaşı, 74 nəfərin xəsarət aldığı bildirilir.

Xatırladaq ki, sentyabrın 14-də axşam saatlarında Filippinin şimal-şərqində güclü “Manqxut” tufanı olub. Hakimiyyət orqanlarının məlumatına görə, regionda yaşayan 800 mindən çox insan təbii fəlakətdən zərər çəkib.