19 sentyabr 2018 16:04
2074

“Samsung” şirkəti 2 yeni smartfonunu təqdim edib

“Samsung” şirkəti ucuz “Galaxy J” seriyasına aid 2 yeni smartfonunu təqdim edib. “Galaxy J4 ” və “J6 ” adlı modellər 720x1480 piksel təsvir ölçülü 6 düymlük displey, 3300 milliamper/saat tutumlu akkumulyator və 4 nüvəli prosessorla təchiz edilib.

“AZƏRTAC ferra.ru” resursuna istinadla xəbər verir ki, “Galaxy J6 ” smartfonu 3/4 giqabaytlıq əməli yaddaş, 32 və ya 64 giqabaytlıq daxili fləş yaddaşa malik versiyalarda, “Galaxy J4 ” aparatı isə 2 16 giqabayt və ya 3 32 giqabaytlıq versiyalarda əlçatandır.

“Galaxy J6 ” smartfonunun kənar tərəfində barmaq izləri skaneri quraşdırılıb, 13 5 meqapiksellik ikiqat əsas kamera ilə təchiz edilib. Qara, gümüşü və qırmızı rəngli korpuslarda əlçatandır. “Galaxy J4 ” aparatında barmaq izləri skaneri mövcud deyil, 13 meqapiksellik əsas kamera və 5 meqapiksellik ön kamera ilə təchiz edilib. Qara, qızılı və qırmızı rəngli korpuslarda əlçatandır. “NFC” texnologiyasının dəstəklənməsi regiondan asılıdır.