19 sentyabr 2018 16:20
1956

Oman parlamentinin sədri Azərbaycana gələcək

Oman parlamentinin sədri Yəhya bin Mahfuz əl Mənzəri Azərbaycana səfərə gələcək.

"Report" Oman mətbuatına istinadən xəbər verir ki, o, Bakıda sentyabrın 21-də Milli Məclisin 100-illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Bildirilir ki, Mənzəri Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.