19 sentyabr 2018 17:59
1980

Dünya Bankı: Azərbaycanda qadınlarla bağlı biznes təşəbbüsləri dəstəkləyirik

Dünya Bankı Azərbaycanın kəndlərində qadınların biznes fəaliyyətini dəstəkləyəcək biznes inkabatorlarının yaradılmasını dəstəkləyir.

“Report” xəbər verir ki, bunu qurumun Azərbaycan üzrə meneceri Navid Naqvi biznes inkubatorları ilə bağlı layihənin təqdimatında bildirib.

"Dünya Bankı olaraq qadınlara dəstək məsələsinə görə məmnuniyyət hissi duyuram. Azərbaycan hökumətinin bu təşəbbüsünü alqışlayıram. Ölkə bu səpkidə yaxşı nümunədir. Qadınlarla bağlı biznes təşəbbüslərini dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik", - o deyib.