19 sentyabr 2018 19:18
1884

Amerika Neft İnstitutu: Ölkədəki neft ehtiyatları artıb

Ötən həftə ABŞ-ın xam neft ehtiyatları artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 1,2 milyon barrel artaraq 397,1 milyon barrelə çatıb.

Əvvəlki həftə ABŞ-ın neft ehtiyatları azalmışdı.

Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.