19 sentyabr 2018 23:22
2022

Ərinə xəyanət etdiyi oğlan nənəsinin qatili çıxdı

İstanbulun Küçükçekmece qəsəbəsində başqası ilə evli olan sevgilisinə qəzəblənib, evini yandıran şübhəli, sevgilisinin nənəsinin ölümünə səbəb olub. 

Milli.Az xəbər verir ki, 75 yaşlı qadının ölümündə təqsirləndirilən Hasan Özcan "qəsdən adam öldürmə" maddəsi ilə həbs edilib.

Təqsirləndirilənin sevgilisi Yağmur Şahinin atası İbrahim Şahin yanğının baş verdiyi gün şübhəlini gördüyünü deyib. Hasan Özcanın olay gecəsi Yağmur Şahinə "Sənə çox böyük bir acı yaşadacam" şəklində təhdid dolu mesajlar yazdığı da təsdiqini tapıb.