19 sentyabr 2018 19:43
1508

Bakıda quldurluq: gecə 3-də maşından düşürüb qaçdılar

Bakıda quldurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, 1962-ci il təvəllüdlü Cəbrayılov İlqar Gülümşah oğlu Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək bildirib ki, tanımadığı şəxslərin hücumuna məruz qalıb. O, bildirib ki, gecə saatlarında tanımadığı 2 nəfər Şamaxinka adlanan ərazidə onun taksi kimi fəaliyyət göstərdiyi avtomobilə yaxınlaşıb və Müşfiq qəsəbəsindəki Kərpiczavod adlanan əraziyə aparmasını xahiş edib. Həmin yerə çatdıqda naməlum şəxslər bıçaqla sürücüyə hücum edib onun telefon və pullarını alıb. Daha sonra sürücünü avtomobildən düşürən şəxslər maşınla ərazidən uzaqlaşıblar.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.