20 sentyabr 2018 01:23
2080

Anasının paltarı ilə kamera qarşısına keçdi

Müğənni Günay İbrahimli maraqlı bir layihəyə imza atıb. 

Oxu.Az xəbər verir ki, ifaçı anasının gənclik illərində geyindiyi libasla kamera qarşısına keçib. 

Günay “Instagram” səhifəsində yazıb ki, həmin paltar 1990-cı ilə aiddir: 

“Əynimdəki bu geyimin, yəqin ki, hansısa məşhur brendin builki kolleksiyası olduğunu düşünəcəksiniz. Amma elə deyil. Bu paltarı mən dünyaya gəlməmişdən qabaq anam istifadə edib. Onun gənclik illərinin paltarıdır, təxminən 1990-ci ilə aiddir. İndi anamın geyimi mənim üzərimdədir. Məncə, əksər gənc qızlar anaların qarderobuna baxsalar, gözəl paltarları görüb bəyənəcəklər”.