19 sentyabr 2018 23:51
1835

Şotlandiyada güclü tufan: 30 mindən çox ev işıqsız qalıb

Şotlandiyanın qərbində baş verən güclü tufan nəticəsində bir nəfər həlak olub, 30 mindən çox ev işıqsız qalıb.

AZƏRTAC xəbər verir ki, təbii fəlakət səbəbindən avtobusların, gəmilərin, qatarların hərəkəti dayandırılıb. “Tay Road” körpüsündə küləyin sürəti 164 km/saata çatıb. Bir çox yerlərdə ağaclar qırılaraq avtomobillərin üzərinə düşüb. Dumfrit və Qallovey şəhərlərində fövqəladə vəziyyət elan olunub.