20 sentyabr 2018 21:43
1915

Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

2018-ci ilin yanvar-avqust ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4774,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu vəsaitin 2387,6 milyon manatı heyvandarlıq, 2386,8 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 4,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə isə 5,8 faiz artıb.