20 sentyabr 2018 21:55
1748

Malayziyanın sabiq Baş naziri yenidən həbs edilib

Malayziyanın sabiq Baş naziri hakimiyyətdən sui-istifadəyə görə yenidən həbs edilib

Malayziyanın Antikorrupsiya Komissiyasının yaydığı məlumata görə, sabiq Baş nazir Hacib Razak hakimiyyətdən sui-istifadəyə görə yenidən həbs edilib.

AZƏRTAC “The Star” nəşrinə istinadla xəbər verir ki, doqquz il hakimiyyətdə olmuş Nacib Razaka qarşı korrupsiya qalmaqalında dediyi yalan və digər ittihamlar irəli sürülüb.

Komissiya onun şəxsi hesabına köçürülmüş 2 milyard 600 milyon rinqit və ya 625 milyon dollar məbləğində vəsaiti aşkar edib. N.Razakın bu pulları hökumətə məxsus fonddan mənimsədiyi güman edilir.