20 sentyabr 2018 22:10
2101

Hər səhər limon suyu içmək üçün 5 səbəb

Bir çox qida mütəxəssisləri hər səhər 1 xörək qaşığı təbii limon şirəsi əlavə olunmuş 1 stəkan su içməyi tövsiyə edir.

NUHÇIXAN sizə limon suyunun faydalarını təqdim edir:

1. Həzmi yaxşılaşdırır

Limon şirəsi mədə problemlərini, qıcqırmanı və köpü yüngülləşdirir. Həmçinin hər səhər qəbul edilsə, həzmə kömək edir, qəbizliyin qarşısını alır.

2. Böyrəklərdə daşların yığılmasını əngəlləyir

Limon şirəsi sidiyin turşuluğunu azaldır və bununla da böyrəklərdə daşların yığılmasına mane olur.

3. Sağlam və yenilənmiş dəri üçün əla vasitədir

C vitamini dərini möhkəmləndirir və cavanlaşdırır, dərinin qocalmasını ləngidir. Həmçinin C vitamini ilə zəngin olduğundan dəri qırışları və ləkələrini azaltmağa kömək edir.

4. Çəki itkisinə yardım edir

Limon suyu sayəsində uzunmüddətli arıqlaya bilərsiniz.

5. Xərçəng əleyhinədir

Turş olduğuna baxmayaraq limon orqanizmin daxili mühitini gələviləşdirir. Qələvi mühiti xərçəng hüceyrələrinin çoxalmasına mane olur.