20 sentyabr 2018 23:09
1822

Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var

Sentyabrın 20-də təhsil naziri Ceyhun Bayramov Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Səncari ilə görüşüb.

Təhsil Nazirliyindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətləri fonunda təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.