21 sentyabr 2018 14:43
1436

Vyetnamın Prezidenti Çan Day Kuanq vəfat edib

Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanq uzun sürən xəstəlikdən sonra vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Vyetnamın rəsmi KİV-ləri yayıb. İki il əvvəl prezident seçilən 61 yaşlı Çan Day Kuanq hərbi hospitalda yerli vaxtla səhər 10:05-də keçinib.