21 sentyabr 2018 16:47
2048

DİN dəhşətli qəzada ölənlərin adlarını açıqladı

Daxili İşlər Nazirliyi ötən gün Xətai rayonu ərazisində baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

DİN xəbər verir ki, sentyabrın 20-də saat 18 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Anar Əzimov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub. Nəticədə sürücü və sərnişinləri - həmyerliləri Həsən Məmmədsadıqov, Nurlan Rüstəmov və Qəbələ rayon sakini Hafiz Bilalov hadisə yerində ölüblər.

Xətai RPİ tərəfindən araşdırma aparılır.